Accessibility links

Cövhər Tsarnayev üzr istəyib


Cövhər Tsarnayev 2013-cü ildə Boston şəhərində üç adamın ölümü və 264 adamın yaralanması ilə nəticələnmiş bomba hücumuna görə çərşənbə günü məhkəmə qarşısında üzr istəyib.

21 yaşlı çeçen mühacir Federal Məhkəmə zalında mərhum qardaşı Tamirlanla birlikdə 2013-cü il aprel ayının 15-də Bostonda keçirilən marafon zamanı iki bomba partlatdıqlarını etiraf edib.

Cövhər Tsarnayev özünün və qardaşının düzəldilməz səhvə yol verdiklərini desə də, baş prokuror çıxışı zamanı Tsarnayevin bir məqama toxunmadığnı deyib. "O, bunun terror hücumu olduğunu və zorakı ekstremizmdən imtina edəcəyini demədi" deyə, prokuror bildirib.

Tsarnayevin çıxışından əvvəl bomba hücumu zamanı xəsarət alan onlarla insan ifadə verib və onların çoxu onun vicdan əzabı çəkdiyinə inanmadıqlarını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG