Accessibility links

Birləşmiş Ştatlar rəsmilərinin bildirdiyinə görə, keçən həftə Bostonda həyata keçirilən bomba hücumunda əli olmaqda şübhəli bilinən və ələ keçirilən zaman yaralanan Cövhər Tsarnayev bu gün federal həbsxana xəstəxanasına köçürülüb.

ABŞ Marşallar Bürosu Tsarnayevin Massatçutsses ştatındakı Fort Devens həbsxanasının Devens Tibb Mərkəzinə köçürüldüyünü bilıdirib.

Boynundan yaralanan 19 yaşlı Tsarnayevin vəziyyəti barədə məlumat verilmir. Devens həbsxanasındakı tibb mərkəzinə uzunmüddətli müalicəyə ehtiyacı olan məhbuslar yerləşdirilir.
XS
SM
MD
LG