Accessibility links

Bostonda bomba hücumları həyata keçirən Cövhər Tsarnayevin vəkilləri ölüm hökmünə qarşı çıxır. Bu gün əlavə şahidlərin ifadələrinin alındığını bildirən vəkillər 21 yaşlı Cövhərin özündən böyük radikallaşmış qardaşının təsiri altına düşdüyünü deyirlər.

Cövhər Tsarmnayevə qarşı keçən ay 2013-cü ilin aprel ayının 15-də mərhum qardaşı Tamerlanla birlikdə marafon zamanı insanların çox olduğu yerdə 3 nəfərin ölümünə, çoxu əl-ayağını itirməklə, 264 nəfərin yaralanmasına səbəb olan bomba hücumu həyata keçirməkdə ittihamı olunmuşdu.

Tsarnayevin vəkilləri münsiflər məhkəməsindən 2001-ci il sentyabr ayının 11-dən sonra Birləşmiş Ştatlarda ən ağır hücumlardan birində iştirak etdiyi üçün ona qarşı ölüm cəzası deyil, şərtsiz ömürlük həbs cəzası istəyir.

Artıq iki həftədən çoxdur müdafiə qrupu 40-dan çox şahid dindirib. Onların çoxu çeçen miliyyətli bu gəncin istər kollecdə oxuduğu dövrdə, istərsə də valideynləri ayrıldığı zaman mülayim və mehriban olaraq, qaldığını deyib.

Tsarnayevlər ailəsinin uzun müddət dostu olan Elmirzə Xojuqov çərşənbə günü verdiyi ifadəsi zamanı deyib ki, Cövhər həmişə böyük qardaşı Tamirlanın ardınca gedirdi. O, hələ hücumdan illər əvvəl Tamirlanın dinə üz tutduğunu, siyasət və konspirasiya məsələləri ilə maraqlandığını deyib.

Tamirlan və Cövhər Tsarnayev qardaşları

Tamirlan və Cövhər Tsarnayev qardaşları

İstintaq zamanı müstəntiqlər həm Cövhərin, həm də Tamerlanın kompüterlərindən Birləşmiş Ştatlar ordusunun müsəlman torpaqlarında həyata keçirdikləri hərbi kampaniyalara görə bomba hücumlarəı həyata keçirmək kimi Əl-Qaidə təbliğatları aşkar ediblər.

Prokurorlar isə Cövhərin atışma zamanı öldürülən 26 yaşlı qardaşı Tamerlanla eyni səviyyəli tərəfdaş olduğunu deyərək, onun ölüm cəzasına məhkum edilməsini istəyir.

XS
SM
MD
LG