Accessibility links

Münsiflər məhkəməsi Cövhər Tsarnayevə ölüm hökmü çıxarıb


Münsiflər məhkəməsi iki il bundan əvvəl Boston şəhərində üç adamın ölümü və 264 adamın yaralanması ilə nəticələnmiş bomba hücumu ilə əlaqədar Cövhər Tsarnayevə ölüm hökmü çıxarıb.

Yeddi kişi və beş qadından ibarət münsiflər məhkəməsinin qərarı üç gün ərzində 14 saat müzakirələrdən sonra çıxarılıb. Münsiflər məhkəməsi yekdilliklə hadisənin baş verdiyi şəraiti nəzərə almaqla Tsarnayevə ölüm hökmünün çıxarılması haqda qərar verib.

Cövhər Tsarnayev haqda ya ölüm hökmü çıxarılacağı, ya da onun ömürlük həbs cəzasına məhkum olunacağı gözlənilirdi.

Amerikanın Səsinin Bostonda məhkəmə prosesini izləyən müxbiri Fatima Tlisovanın sözlərinə görə münsiflər məhkəməsinin bəzi üzvləri Tsarnayev başı aşağı halda hökmü dinləyən zaman ağlamağa başlayıblar.

Qərarın verilməsindən sonra ABŞ-ın Baş prokuroru Loretta Linç ölüm hökmünün “bu dəhşətli cinayətə uyğun olduğunu deyərək, məhkəmənin başa çatmasının hadisə qurbanlarının ailələrinə təskinlik gətirəcəyinə ümid bəslədiyini bildirib.

Boston marafonu zamanı törədilmiş bomba parlayışları Birləşmiş Ştatlarda 2001-ci il 11 sentyabr terror hadisələrindən sonra baş vermiş ən qanlı hadisədir.

XS
SM
MD
LG