Accessibility links

“Şahdəniz” Trans Adriatik Kəmərini seçdi [Video-ARDNŞ prezidenti qaz strategiyası barədə]


ARDNŞ-nin prezidenti Azərbaycanın qaz strategiyası barədə
please wait

No media source currently available

0:00 0:04:37 0:00

ARDNŞ-nin prezidenti Azərbaycanın qaz strategiyası barədə

Kəmər Azərbaycan qazını cənubi-şərqi Avropa və İtaliyaya çatdıracaq. Bu il layihəyə dair yekun investisiya qərarı verəcək

“Şahdəniz” konsorsiumu “Şahdəniz” Mərhələ 2 layihəsindən hasil ediləcək qaz həcmlərini Yunanıstan, İtaliya və cənubi-şərqi Avropadakı müştərilərə çatdırmaq üçün Transadriatik Boru Kəmərinin (TAP) seçildiyini rəsmən bəyan edib.
Marşrut seçiminin elan edilməsi mərasimi Bakıda Four Seasons otelində keçirilib. Tədbirdə “Şahdəniz” layihəsinin səhmdarları, Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərliyi, həmçinin diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Trans Adriatik Boru Kəməri layihəsi (TAP)
Trans Adriatik Boru Kəməri layihəsi (TAP)
TAP Cənub Dəhlizinin açılmasında “Şahdəniz” konsorsiumunun çoxfazalı yanaşmasında mühüm bir addımdır. İlkin dövrdə Cənub Dəhlizi ildə 10 milyard kub metrədək “Şahdəniz” qazını Avropa bazarlarına daşıyacaq.

Layihə onunla bağlı olan boru kəmərləri ilə birlikdə 40 milyard dollara başa gələcək və ildə 16 milyard kub metr Azərbaycan qazını bazara daşıyacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycan qazı Avropaya nəql edilməklə Cənub Qaz Dəhlizinin reallaşmasına imkan yaradacaq.

“Bu, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsidir, Trans Anadolu Boru Kəmərinin və Trans Adriatik Boru Kəməri layihəsinin işlənilməsi ilə genişləndiriləcək”.

​Abdullayevin dediyinə görə, “Şahdəniz” konsorsiumu qazı cənubi-şərqi Avropa boyunca çox sayda ölkələrə çatdırmaq üçün Avropanın birləşdirici boru kəməri layihələri ilə işləməyi planlaşdırır.

“Ümidvarıq ki, tərəfdaşlar bu il “Şahdəniz” Mərhələ 2 layihəsinə dair yekun investisiya qərarı verəcək”, o qeyd edib.

ARDNŞ prezidenti bildirib ki, Azəri-Çıraq-Günəşlinin dərin hissəsindəki qaz ehtiyatları, Abşeron, Ümid və Şərqi-Asiman kimi yataqlar işlənildikcə Azərbaycanın qaz ixracı çox artacaq və bu qaz üçün təbii bazar kimi Avstriya istiqamətində boru kəməri marşrutunu görür.

Trans Adriatik Boru Kəməri layihəsi (TAP)
Trans Adriatik Boru Kəməri layihəsi (TAP)
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel qeyd edib ki, “Şahdəniz” Mərhələ 2 layihəsi çərçivəsində hasil ediləcək qazın nəqli üçün İtaliya, cənubi-şərqi Avropa bazarlarının seçilməsi layihənin inkişafı istiqamətində mühüm addımdır.

“Şahdəniz” konsorsiumu qaz satışları üçün İtaliya və Yunanıstanda bir sıra şirkətlər ilə şərtləri razılaşdırıb. Bundan əlavə Bolqarıstanda qaz satışlarını reallaşdırmaq üçün danışıqlar aparılır və “Şahdəniz” konsorsiumu həmin ölkəyə istiqamətlənən boru kəmərinin nəqletmə həcminin istifadə payı əldə etməkdə maraqlı olduğunu bildirməyə hazırlaşır”, o vurğulayıb.

​ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar konsorsiumun qərarını alqışlayıb. Onun sözlərinə görə, ABŞ cənubi-şərqi Avropaya qaz nəqli layihəsini dəstəkləyir. Gələcəkdə bu layihə genişləndirilə bilər. Amerika həmçinin Bolqarıstanla birləşdirici boru kəməri haqda qərarı alqışlayır.

Morninqstar TAP-ın seçilməsi haqda qərarı uğurlu adlandıraraq qeyd edib ki, “bu, hələ son deyil”. O, qaz həcminin artırılması üzrə tədbirlərin həyata keçirilməsinin, NabuccoWest marşrutunun mümkünlüyünü bildirib.

Qeyd edək ki, iyunun 26-da Afinada TAP konsorsiumu (Transadriatik Boru Kəməri) və Yunanıstan hökuməti Yunanıstan, Albaniya və İtaliya ərazisindən keçən qaz tranziti barədə saziş imzalayıblar. Uzunluğu 870 km. olacaq TAP öz başlanğıcını Yunanıstan-Türkiyə sərhədindən götürür və Albaniya vasitəsilə İtaliyaya doğru gedir, sualtı hissəsi isə Adriatik dənizindədir. TAP vasitəsilə Xorvatiya, Bosniya-Herseqovina, həmçinin Çernoqoriya bazarlarına “mavi yanacaq” nəql olunacaq.

TAP-ın icraçı direktoru Kjetil Tunqland deyib ki, layihə çərçivəsində Yunanıstan ərazisində ümumi dəyəri 1,5 milyard avro olan 550 kilometr kəmər çəkiləcək. Burada kəmərin çəkilişi üçün 2 min işçi tələb olunur. Albaniyadan keçəcək 200 kilometr kəmərin tikintisinə 1 milyard avro xərclənəcək və tikinti işlərinə 1000 nəfər cəlb olunacaq. Bundan başqa İtaliyanın qaz şəbəkəsi genişləndiriləcək və qaz axınının istiqaməti cənubdan şimala doğru dəyişdiriləcək. Bununla yanaşı Albaniyada 3 birləşdirici nöqtə qurulacaq.

Trans Adriatik Boru Kəməri layihəsi (TAP)
Trans Adriatik Boru Kəməri layihəsi (TAP)
Kəmərin istismarına 2019-cu ildə başlanması planlaşdırılıb. Belə ki, o zaman “Şahdəniz-2” Xəzər dənizində tam gücü ilə işləyəcək.

Qaz nəqlinin ilkin həcmi ildə 10 mlrd. kubmetr, maksimal həcmi isə ildə 20 mlrd. olacaq ki, bu da Avropa İttifaqının tələbatının 10%-ni təşkil edir.

Layihəyə həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda sahildən 70 kilometr məsafədə yerləşən “Şahdəniz” yatağının Mərhələ 2 işlənməsini körpü ilə birləşdirən iki hasilat platforması, iki yarımdalma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metr dərinliyində quraşdırılacaq 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinə ildə 16 milyard kubmetr nəql gücü əlavə olunması və Səngəçal terminalının genişləndirilməsi daxildir. “Şahdəniz” qazının Türkiyə ərazisində və Avropaya daşınması üçün əlavə boru kəmərləri inşa ediləcək və genişləndiriləcək.

TAP-ın səhmdarları İsveçrənin Axpo (42,5%), Norveçin Statoyl (42,5%) və Almaniyanın E.ON (15%) şirkətləridir. Konsorsiumun mənzil qərargahı İsveçrənin Bar şəhərində yerləşir. Şirkətin Afina, Roma, Tiranada filialları, Brüssel və İstanbulda nümayəndəlikləri var.

“Şahdəniz” konsorsiumunun tərəfdaşları: BP operator (25,5% ), Statoyl (25,5%), ARDNŞ (10%), Total (10%), Lukoyl (10%), NİCO (10%) və TPAO (9%).

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG