Accessibility links

Tuareq üsyançılar Malinin əsas şəhərlərini tutur

  • Amerikanın səsi

Malidə üsyançılar tarixi Timbuktu şəhərinə doğru irəliləməkdə davam edirlər. Ərazidə atəş səslərinin eşidildiyi xəbər verilir.

Timbuktu Tuareq üsyançılar tərəfindən hədəf alınan üç əsas şimal şəhərlərindən biridir.

Mali ordusu ilə gün ərzində davam edən atışmaların ardınca üsyançılar Qao şəhərini ələ keçiriblər.

Mali hərbi qüvvələrinin rəhbəri Kapitan Amadu Sanoqo deyib ki, ərazidəki əhalinin təhlükəsizliyini nəzərə alaraq ordu bölmələri şəhəri tərk etməyə qərar verib.

Bundan öncə Tuareq üsyançılar vilayət paytaxtı Kidalı zəbt etmişdilər.

XS
SM
MD
LG