Accessibility links

Yunanıstan və Avropa İttifaqı nəzarət altında olan təxminən 3 min miqrantın hansının Türkiyəyə deportasiya ediləcəyini müəyyən etməyə çalışır. Bu miqrantlar qurumla Ankara arasında əldə edilən razılığa əsasən deportasiya ediləcək.

Yunanıstanın hökumət rəsmisi Amerikanın Səsinə bildirib ki, dünən 202 nəfər 3 gəmi ilə Türkiyəyə göndərilib. Bu miqrantların heç birinin sığınacaq üçün müracət etmədiyi bildirilib. Onların 2-dən başqa qalanları pakistanlı olub.

Razılığın bir hissəsi olaraq Avropa İttifaqı 72 min qaçqının sığındığı Yunanıstandan deportasiya edilən hər bir miqrant müqabilində bir suriyalıya sığınacaq verməlidir.

Bu şərtlər əsasında bazar ertəsi 43 suriyalı Avropa ölkələrinə göndəirlib. Onların 32-si Almaniyada yerləşdirilib. Digər 11 nəfər isə Finlandiya və Hollandiyada sığınacaq tapıb.

XS
SM
MD
LG