Accessibility links

Çin qəzeti yazır ki, ölkənin Filippinlə ərazi mübahisəsi Pekinin Filippində tayfundan zərər çəkmiş insanlara yardım göndərmək qərarına təsir göstərməyəcək.

Pekinin xarici işlər naziri yardım məqsədi ilə Filippinə 100 min dollarlıq yardım göndərməyi planlaşdırdığını bəyan edib. Çinin Qırmızı Xaç Təşkilatı da 100 min dollar göndərəcəyini deyib.

Bu məbləğ Çinin Filippin də daxil olmaqla əvvəllər bir neçə ölkəyə təbii fəlakət zamanı yardım göstərdiyi məbləğdən azdır. Pekin bu dəfəki yardımı Cənubi Çin Dənizində enerji ilə zəngin adalara görə Manila ilə gərgin münasibətdə olduğu bir zaman edir.

Dünyada ikinci ən güclü iqtisadiyyata malik olan Çin beynəlxalq fəlakətlərdən xilas səylərində daha çox iştirak etməyə başlayıb.
XS
SM
MD
LG