Accessibility links

BMT: Hayan tayfunundan sonra Filippinin 300 milyon dollar məbləğində yardıma ehtiyacı var


BMT 10 min insanın öldüyü ehtimal edildiyi və çox sayda insanın evlərindən didərgin düşdüyü bir zaman Filippinin mərkəzi bölgələrinə yardım üçün 301 milyon dollar məbləğində yardım istəyib.

Müraciət bu gün bölgəyə səfər edən BMT-nin insan haqları qrupunun rəhbəri Valeri Amos tərəfindən edilib. Amos beynəlxalq reaksiyanın güclü olduğunu, lakin daha da çox yardıma ehtiyacın olduğunu deyib.

BMT nümayəndələri bildirib ki, ötən həftə sonu Hayan tayfununun gətirdiyi tarixdə görünməmiş güclü külək və sunamiyə bənzər dalğalar ucqar bölgələrdən keçərək regionu viran qoyub, 660 min insanın evlərindən didərgin düşməsinə səbəb olub.

Tufan baş verməsindən dörd gün keçməsinə baxmayaraq, bir çox insan hələ də içməli su və tibbi yardım ala bilmir. Bir çox ucqar bölgə əlçatmaz olaraq qalır. Takloban şəhərində soyğunçuluğun geniş yayıldığı, onlarla cəsədin küçələrdə qaldığı deyilir.

Yardımın çatdırılması prosesinin ləng getməsinə baxmayaraq, beynəlxalq yardım səyləri artmağa davam edir.

Pentaqon USS Corc Vaşinqton, hərbi təyyarədaşıyan gəmisini regiona göndərib. Göyərtəsində 5 min dənizçü və 80 təyyarə olan gəminin bölgəyə iki gün ərzində çatacağı ehtimal edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG