Accessibility links

Türkiyə baş nazirinin Azərbaycana səfəri başlayır


Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan

Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan

Səfər zamanı regional və qlobal problemlər müzakirə ediləcək

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan seçkilərdən sonra ilk səfərini Azərbaycana edib.

Türkiyə mediasının məlumatına görə baş nazir Bakıya yola düşməzdən öncə Ankara hava limanında Türkiyə xalqının AKP-ni dəstəkləməsindən məmnunluğunu bildirib. Onun fikrincə, Türkiyə seçkilərindən təkcə Türkiyə deyil, bütövlükdə region qazanıb.

Baş nazir Azərbaycana səfəri ilə bağlı deyib ki, bu səfər vasitəsi ilə Türkiyənin Azərbaycana verdiyi önəmi dünyada nümayiş etdirir.

Ərdoğan prezident İlham Əliyevlə ikitərəfli əməkdaşlığın gələcək perspektivlərini, regional və beynəlxalq problemləri müzakirə edəcəyini deyib. “Türkiyə-Azərbaycan əlaqələri müstəsnadır və hamıya nümunə olacaq səviyyədədir”.

Baş nazir Türkiyənin Cənubi Qafqaz bölgəsində sülhün əldə olunmasına çalışdırğını bildirib. “Azərbaycan prezidenti ilə görüşümdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli ilə bağlı fikir mübadiləsi aparacağıq”.

Ərdoğan Gürcüstanın da iştirakı ilə iki dövlətin Cənubi Qafqazda uğurlu layihələr həyata keçirdiyini xatırladıb. “Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars qlobal layihələrdir. Azərbaycan qazının Türkiyə və Avropaya daşınması üçün TANAP layihəsinin və Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin tezliklə başa çatdırılması üçün işlər davam etdirilir”, o qeyd edib.
XS
SM
MD
LG