Accessibility links

Türkmənistanda prezident seçkisi keçirilir


Türkmənistanda prezident seçkisi keçirilir
Türkmənistanda prezident seçkisi keçirilir

Türkmənistanda seçicilər hazırkı prezident Qurbanqulu Berdıməhəmmədovun yenidən seçiləcəyi gözlənilən prezident seçkisində səs verir.

54 prezident Berdıməhəmmədov həm prezident, həm baş nazir, həm də ali baş komandan titullarını daşımaqla yanaşı, Türkmənistanda yeganə siyasi partiyanın lideridir.

Təhlilçilər cənab Berdıməhəmmədovun simvolik siyasi rəqiblərinin hökumətdəki yaxın dostları olduğu üçün onun özünə tam yəqinliklə qələbə təmin etdiyini bildirir.

Türkmənistan dünyanın ən böyük qaz yataqlarına malik dördüncü ölkəsidir. Ölkə prezidentinin xarici ölkələrdən investisiya cəlb etməyə çalışaraq, Türkmənistandan qaz satışlarının divertifikasiyasına çalışacağı gözlənilir.

Türkmənistan Mərkəzi Asiyada ən qapalı ölkələrdən biri hesab edilir. Ölkə əhalisinin təxminən yarısını təşkil edən 3 milyon nəfər səsvermədə iştirak edir. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ATƏT siyasi azadlıqlar məhdudlaşdırıldığı və siyasi rəqabət olmadığı üçün Türkmənistana müşahidəçilərin göndərilməyəcəyini bildirib.

Türkmənistan dünya ölkələrində mətbuat azadlığı indeksini hazırlayan Sərhədsiz Reportyorlar təşkilatının siyahısında yalnız Eritreya və Şimali Koreyadan yuxarı yeri tutur.

Prezidentliyə namizədlərin qeydiyyatdan keçməsinə 5 gün qalmış müxalif namizədlərin qeydiyyatdan keçə bilməsinə icazə verən qanun qəbul olunmuşdur. Təhlillçilər qanunun prezidentin partiyasının hakim mövqeyinə təsir göstərməyəcəyini bildirir.

XS
SM
MD
LG