Accessibility links

Tunis Ben Əlinin Səudiyyə Ərəbistandan ekstradisiyasına çalışacaq


Tunis Ben Əlinin Səudiyyə Ərəbistandan ekstradisiyasına çalışacaq

Tunis Ben Əlinin Səudiyyə Ərəbistandan ekstradisiyasına çalışacaq

Tunisin ədliyyə rəsmiləri sabiq prezident Zinə Əl Abidin Ben Əliyə qarşı 18 ittiham irəli sürməyə hazırlaşır. Bu ittihamlara narkotik qaçaqmalçılıqdan tutmuş qətllərə kimi bir çox cinayətlər daxildir.

Dövlət xəbər agentliyi TAP-ın məlumatına görə, ədliyyə naziri Lazar Kari Çebbi telekanala verdiyi müsahibədə ittiham planlarına aydınlıq gətirib.

Çebbi deyib ki, cənab Ben Əli və onun ailəsinə, o cümlədən siyasi müttəfiqlərinə qarşı 44-də çox ittiham irəli sürülüb.

Bu ilin yanvar ayında 23 illik hakimiyyətdən devriləndən sonra Ben Əli Səudiyyə Ərəbistanına qaçmışdı. Onun ailəsinin və daxili çevrəsinin bəzi üzvləri Tunisdə təcridxanada saxlanılır.

Çebbi deyib ki, Ədliyyə Nazirliyi Ben Əlinin Səudiyyə Ərəbistanından ekstradisiya çalışacaq. Tunis onun və ölkəni tərk etmiş ailə üzvlərinin həbsi üçün İnterpoldan kömək almağa çalışır.

XS
SM
MD
LG