Accessibility links

Tunisin Ennahda partiyası mühüm dəyişiklik edir [Video]


Partiya siyasi və dini fəaliyyətlərini ayırır.

Tunisin mötədil islamçı Ennahda partiyası demokrat müsəlman kimliyini qeyd etmək məqsədilə siyasi və dini fəaliyyətlərini ayırdığını deyir. Bu addımın Tunisdə inqilabdan öncəki siyasi qarışıqlıqdan çıxaraq indi artıq bu Şimali Afrika ölkəsində əsas oyunçulardan birinə və hazırkı koalisiya hökümətinin üzvünə çevrilən partiya üçün yeni bir səhifə açacağı gözlənilir.

Bu Ennahdanın islamçı zəmini olan vətəndaş partiyası, eyni zamanda demokratik ölkədərdəki kimi siyasi bir partiya olduğunu göstərir.

Bu ay Tunisin kurort şəhəri Hammametdə təmtəraqlı partiya qurultayı keçiriləcək.

Bu, təkcə Ennahdadanın təməlini qoyanlar üçün özlərini yaxşı hiss etmək anı deyil, həm də Tunisin mötədil islamçıları üçün yeni istiqamətin başlanğıcıdır- onlar siyasi və dini fəaliyyətlərini ayırır.

“Bu Ennahdanın islamçı zəmini olan vətəndaş partiyası, eyni zamanda demokratik ölkədərdəki kimi siyasi bir partiya olduğunu göstərir.”

Bu dəyişiklik o deməkdir ki, seçilmiş rəsmilər eyni anda dini və ictimai vəzifələr tuta bilməz. Əbdessalem kimi partiya liderləri deyir ki, bu bölgü Ennahdaya diqqəti Tunisin iqitsadiyyatının inkişafı və yüksək işsizliyi aradan qaldırılması kimi iki məsəyə yönəltməyə yardım edəcək.

Bu isə bir çox tunislinin, hətta Ennahdaya şübhə ilə yanaşanların belə eşitmək istədiyi mesajdır.

Ennahda hərəkatının tərəfdarları

Ennahda hərəkatının tərəfdarları

“Ümid edirik ki, Ennahda Tunis və tunislilər barədə düşünərək bəzi işlər görəcək. Mən hakimiyyətdə bu ölkəni bərpa edəcək birilərini görmək istəyirəm.”

Ötən il Nobel mükafatı laureatı olan həmkarlar ittifaqı lideri Vided Buçamaui də Ennahdanın irəli sürəcəyi təklifləri gözləyir.

“Biz siyasət və dini ayırmalıyıq, çünki digər ölkələr kimi olmalıyıq, amma eyni zamanda da dinimizlə fəxr etməliyik,” deyə o bildirir.

Biz siyasət və dini ayırmalıyıq, çünki digər ölkələr kimi olmalıyıq, amma eyni zamanda da dinimizlə fəxr etməliyik.

Başqaları isə Ennahdaya etibar etmir, çünki partiya daha öncə post-inqilab dövrünün ilk höküməti olaraq rakidal islamçılara qarşı basqılar tətbiq etməyə və ya ölkə iqtisadiyyatını inkişaf etdirməyə nail olmamışdı.

“Ennahda çox geridə qalıb, gələcəyə baxmır.”

Partiya hələ də bəzi tunisliləri islamçı demokratiya ideyası barədə ciddi olduğuna və bu ideyanın həqiqətən də nə demək olduğuna inandırmağa çalışmalıdır.

XS
SM
MD
LG