Accessibility links

Tunis cihadçılarla yanaşı işsizlərin təhlükəsi ilə üzləşib [Təhlil]


İnsan haqları təşkilatı və iqtisadçılar aylardır işsiz gənc tunislilər arasında böyüyən narazılığın ölkənin stabilliyinə təsir göstərəcəyini xəbər verirdilər.

Onlar deyirdilər ki, hökumət cihadçılığın təbliğ olunduğu əsasən rayonlarda iqtisadiyyatı inkişaf etdirmək üçün heç bir proqram açıqlamadı.

Onların qorxduqları hadisə keçən həftə baş verdi. Tunis küçələrində zorakı etirazlar və polis məntəqələrinə hücumlar baş verdi. Cümə günü ölkədə fövqalada hal elan edildi. Müdafiə naziri bildirib ki, hökumət və özəl əmlaka hücumlar ölkə və onun vətəndaşlarına təhlükəni nümayiş etdirir.

Hökumət rəsmiləri bildirib ki, onlar keçən cümə axşamı günü baş verənlərin təkrarlanmaması üçün komendant saatı tətbiq etməyə məcbur olublar. Hadisə zamanı polis məntəqələri hücumlara məruz qalıb, təhlükəsizlik qüvvələri göz yaşardıcı qazdan istifadə edərək nümayişçilərin qarşısını almağa çalışıblar.

Etirazlar keçən həftə bir gəncin hökumət işini itirməsiylə başlayıb. Bir neçə gənc özlərini öldürəcəkləri ilə təhdid ediblər. Özünü hökumət binasından atmaq istəyəb iki gənc yaralanıb.

Bezmiş gənclər

Hökumət ölkədə yaranan cihad təhlükəsinə, Suriyadan qayıdacaq militantların ölkədə yaradacaq təhlükəyə fikirlərini cəmləşdirərkən, iş tələb edən gənclər daha təhlükəli olmağa başlayıb.

"Təəssüf ki, vəziyyət gedərək pisləşir. Siyasi sistemin və hökumətin qabiliyyətsizliyi' ilə yanaşı hökumətin arxasında duran koalisiya gözü yumulu nazirləri və etirazlara səbəb olan onların lazımsız əməllərini dəstəkləyir," deyə professor Calal Əzzin bildirir.

Onun sözlərinə görə, hökumət başa düşmür ki, iqtisadi fundamentlər dəyişməlidir və onlar bu işlərdən məsuldurlar.

Gənclərin 37 faizi işsizdir və universitetlərdən məzun olub iş tapa bilməyənlər də ölkədə başlayan etirazlara qoşulur. Dövlət işlərində işləyənlər arasında tətillərin sayı artıb.

Cümə günü televiziya ilə çıxışı zamanı ölkə prezidenti Beci Said Əssəbsi deyib ki, o ölkədə yaranan narahatlığı və keçən həftə etirazlara səbəb olan işsizlik problemini anlayır. Lakin o, cihadçıların yaranacaq qeyri-stabillikdən istifadə edəcəyini də xatırladır. O söz verib ki, ölkə bu vəziyyətdən tezliklə çıxacaq.

Tunis prezidenti Beci Said Əssəbsi

Tunis prezidenti Beci Said Əssəbsi

İşsizlik 2011-ci ildə baş vermiş Ərəb Baharından sonra daha da pisləşib. Tunis yeganə ölkədir ki, Ərəb baharından sonra diktatorluğa son qoyub və demokratiyanın bərpasına nail olub.

Cihad təhlükəsi

Lakin demokratiyaya keçid bir o qədər də müvəffəq olmayıb. Sosial təcrid və yoxsulluq 2011-ci il nümayişlərindən sonra da davam edir. Bununla yanaşı, Qərb dövlətlərinin də diqqətini çəkdiyi ölkədə cihad təhlükəsi getdikçə artır.

Tunis öz vətəndaşları tərəfindən İslam ekstremizmi uğrunda hücumlara artıq səhnə olub. Keçən il iyun ayında mühəndislik fakultetinin tələbəsi Sousse çimərliyində turistlərə atəş açaraq qətl törədib. Mart ayında iki silahlı şəxs Bardo Milli muzeyində 22 nəfərə atəş açaraq öldürüb. Rəsmilər deyir ki, hər iki hadisəni törədənlər Liviya yaxınlığında militant düşərgəsində təlim keçib.

3000-dən çox tunisli İraq və Suriyada İslam Dövləti qrupu sıralarında döyüşür.

İslahatlara ehtiyac var

Fransa cümə günü Tunisə qarşıdakı beş il ərzində 1.1 miliyard dollar iqtisadi dəstək paketi verəcəyinə vəd edib. Lakin professor Əzzin deyir ki, iqtisadi problemlərə bu cür yanaşma böhranı daha da dərinləşdirəcək. Bu problemlər ancaq islahatlarla həll ola bilər.

Yazıçı Aymen Abdurrahman tunislilər üçün Ben Əlinin devrilməsindən sonra heç nəyin dəyişmədiyini deyir.
O əlavə edir ki, əgər mən nəyə görəsə hökuməti günahlandırsaydım bu aclıq içində olan və evsiz insanların vəziyyəti olardı. 2016-cı ildə hökumət hələ də büdcəni lazımsız festivalların keçirilməsinə və futbol oyunlarına xərcləyir.

XS
SM
MD
LG