Accessibility links

Tunisin yeni baş naziri vəzifəsinə seçilən Əli Larayed Tunisin bütün partiyalarını təmsil edəcək nazirlər kabinetinin təsis ediləcəyinə vəd verib.

Tunisin hakim partiyasının üzvü, daxili işlər naziri Larayed iki həftə ərzində kabineti təşkil etməlidir. Zine Əl-Abidin Ben Əli hakimiyyəti dövründə həyatının 15 ilini həbsdə keçirən Əli Larayed mötədil nümayəndə kimi tanınır.

Tunisin sabiq baş naziri Həmədi Cebali çərşənbə günü prezident Münsef Mərzuki ilə müzakirələrdən sonra istefa verib. Cebali üzvü olduğu Ennahda partiyasının onun hökumətin texnokratlardan təşkil edilməsi planını rədd etdiyini deyib.

Sabiq baş nazir bu planı fevralın 6-da dünyəvi lider Çokri Belaidin evi yaxınlığında öldürülməsindən bir neçə saat sonra bəyan etmişdi. Belaidin tərəfdarları hakim partiyanı qətlin arxasında durmaqda ittiham etmişdi.
XS
SM
MD
LG