Accessibility links

Tunis muzeyində 21 adamı qətlə yetirənlər qonşu Liviyada təlimlərdən keçib


Tunis muzeyində 21 adamı qətlə yetirən 2 ekstremistin qonşu Liviyada təlimlərdən keçdiyi bildirilib.

Tunisin daxili işlər naziri Rafiq Şelli deyib ki, hücumçular ölkəyə dekabr ayında daxil olub. Əl-Hivar Əl-Tunisi televiziya kanalına müsahibəsi zamanı nazir onların hansı qrup tərəfindən təlimdən keçirildiyinin bəlli olmadığını deyib.

İraq və Suriyada yerləşən İslam Dövləti qrupu Bardo müzeyinə qarşı hücumun məsuliyyətini üzərinə götürüb.

Tunis polisi tərəfindən hadisə ilə bağlı 5 nəfər nəzarət altına alınıb.

Tunislilər dünən qanlı və şüşələri sındırılmış muzey önünə toplaşaraq, həmrəylik nümayiş etdirib.

Bu gün öldürülənlərin ailə üzvləri qurbanların kimliyinin müəyyən edilməsi məqsədi ilə xəstəxanalara axışıb.

Səhiyyə Nazirliyinin bildirdiyinə görə, ölənlər arasında 4 italyan, 3 yapon, 3 fransız, 2 ispan və 1 kolumbiyalı olduğunu bildirib.

Qurbanlar arasında Britaniya, Polşa və Belçika vətəndaşları da var. Daha 3 adamın kimliyi müəyyən edilməyib.

XS
SM
MD
LG