Accessibility links

Tunisin Suz şəhərindəki İmperial Mərhaba mehmanxanası yaxınlığında həyata keçirilən terror aksiyası zamanı 37 adam ölüb.

Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, ölənlər arasında Britaniya, Almaniya və Belçika vətəndaşları olub.

Turistlər arasında populyar olan bu şəhər təhlükəzilik işçiləri hücumçuları atəşə tutub və onlardan biri öldürülüb.

Hadisə zamanı 36 adam xəsarət alıb.

Daxili İşlər Nazirliyinin sözçüsü silahlı bir şəxsin mehmanxana binasına daxil olaraq, insanları atəşə tutduğunu deyib. Mehmanxana komplesksi mühasirəyə alınıb. Silahlı şəxs axtarılır.

Hadisə yerindən qaçmağa nail olan digər bir şəxsin axtarışı aparılır.

Britaniyanın baş naziri Devid Kameron və İtaliyanın baş naziri Matteo Renzi Tunis hökuməti və xalqına başsağlığı verib.

ABŞ prezidenti Barak Obama terror hücumu qurbanlarının ruhuna dua etdiyini bildirib.

XS
SM
MD
LG