Accessibility links

Tunis - Ən çox xarici döyüşçü yetişdirən ölkə [Video]


Kiçik Şimali Afrika ölkəsi olan Tunis xarici döyüşçülər yetişdirən ölkərlər sırasında birinci yerdədir. Təhlilçilər 7 mindən çox Tunis vətəndaşının İslam Dövləti və İraqdakı digər yaraqlı qruplara qoşulduğunu təxmin edir. Onların böyük əksəriyyəti Liviya sərhədindən 30 kilometr uzaqlıqda yerləşən Tunisin ən kasıb şəhəri Ben Guerdandan çıxır.

Buradan köçüb gedən gənclər cihada qoşulanlar kimidir. Onlar sosial dəyər axtarışındadır.

Ben Guerdan çətin vaxtlardan keçir. Ötən ilki terror hücumları ilə daha da zəifləyən Tunis iqtisadiyyatındakı tənəzzül onu göstərir ki, insanların Liviyadan qaçaq yolla gətirilən və ya idxal olunan malları almağa belə pulları çatmır.

“Ticarət olmasa, heç nə olmaz. Burada nə kənd təsərrüfatı, nə sənaye var. Ticarət insanların qazanc əldə bilmələri üçün yeganə yoldur,” deyə Müntəsir Buklaç bildirir.

Bir neçə həftə öncə Liviya neft qaçaqçılığının qarşısını almaq məqsədilə müvəqəti olaraq sərhədi bağlayandan sonra burada ticarət sıfıra enib.

Sərhəd artıq açılıb. Neft qaçaqçılığı isə yenə də davam edir. Ancaq dövlət orqanları artıq başqa qaçaqçılıqdan narahatdır. Bu da, qaçaq yollarla keçirilən silah və cihadçı döyüşçülərdir.

Tunis Ras Jedir sərhədini bağlayıb.

Tunis Ras Jedir sərhədini bağlayıb.

Tunis öz sərhədini mart ayında onlarla İslam Dövləti döyüşçüsü Liviyadan keçərək Ben Gurdana hücum etməyə cəhd etdiyində bağlayıb.

Hücum Liviyadakı qeyri-sabitliyin Tunisə təsir göstərəcəyi ilə bağlı narahatlıqlara səbəb olub.

“Burada ailələr var ki, onların gənc uşaqları terrora cəlb olunur. Mən gənclərə deyirəm ki, bu təhlükəlidir və bu yol onları heç bir yerə aparmayacaq,” deyə internet klub sahibi SLah Nej bildirir.

Fethiya Cami İslam Dövləti qrupu sıralarına qoşulduğu ehtimal edilən oğlunun şəklini göstərir

Fethiya Cami İslam Dövləti qrupu sıralarına qoşulduğu ehtimal edilən oğlunun şəklini göstərir

Ben Geurdanlı gəncləri terrora nəyin cəlb etdiyini demək çətindir. Orada işsizlik səviyyəsi yüksəkdir. Ancaq təhlilçilər bir sıra səbəb irəli sürür ki, bunların sırasına gələcək perspektivlərin olmaması və dini yönlədirmə daxildir.

“Buradan köçüb gedən gənclər cihada qoşulanlar kimidir. Onlar sosial dəyər axtarışındadır,” deyə ADDCI təşkilatının prezidenti Faycal Dçiça bildirir.

Tunis artıq Liviya ilə sərhəddə divar inşa edir. Bu, terrorçuların ölkəyə daxil olmasının qarşısını almağa kömək etsə də, ölkə daxilində Ben Guerdan kimi yerlərdəki təhlükənin qarşısını almır.

XS
SM
MD
LG