Accessibility links

Tunisin təhlükəsizlik qüvvələri muzeydə xarici tursitlərin hədəf alındığı hücumda əsas şübhəlinin qətlə yetirildiyini bildirib.

Tunisin dövlətə məxsus TAP xəbər agentliyi Əbu Sakh Lokmanın Əlcəzairlə sərhəddə Qafsa bölgəsində anti-terrot əməliyyatı zamanı daha səkkiz nəfərlə birlikdə qətlə yetirildiyi haqda məlumat yayıb.

Rəsmilər martın 18-də Tunis paytaxtındakı Bardo muzeyində 21 xarici turist və bir polis işçisinin ölümülə nəticələnmiş hücumun Lokmanın mənsub olduğu qrup tərəfindən təşkil edildiyini bildirib. Onlar q rupun Şimali Afrikada Əl-Qaidə qrupu ilə əlaqəsi olduğunu deyib.

Bazar günü on minlərlə insan ölkədə ekstremist zorakılıqlılara etiraz etmək üçün paytaxt Tunisin küçələrində aksiya keçirib. Fransa və İtaliya da daxil olmaqla, bir sıra ölkələrin liderləri Tunis liderlərinə qoşularaq, hökumət binasının yerləşdiyi Bəb Es-Sadundan muzeyə qədər yürüşdə iştirak edib.

XS
SM
MD
LG