Accessibility links

Tunisin Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, Liviya ilə sərhəd yaxınlığındakı polis məntəqəsinə edilən hücum zamanı 21 yaraqlı öldürülüb.

Rəsmilər cənub-şərq bölgəsindəki Ben-Gurden şəhəri yaxınlığında atışma zamanı azı 4 mülki vətəndaşın və 1 əsgərin öldüyünü bildirib.

Atışma başlayandan sonra rəsmilər vətəndaşların küçəyə çıxmamasını tövsiyə edib,

Qonşu Liviyada İslam Dövləti və digər qruplaşmaların yaraqlılarının hücumlar keçirmək üçün Tunis sərhədini keçməsi ilə bağlı narahatlıqlar artmaqdadır. Bunun qarşısını almaq üçün Qərb ölkələrinin hərbi qüvvələri Tunis silahlı qüvvələrinə məsləhətlərlə yardım edir.

Keçən həftə Britaniya sərhəd təhlükəsiliyinin təmin edilməsi məqsədilə təlimlər keçmək üçün 20 nəfərdən ibarət əsgəri qüvvə göndərəcəyini bəyan etdi.

XS
SM
MD
LG