Accessibility links

Tunis prezidenti ölkəni tərk edib (Yenilənib)


Tunis prezidenti ölkəni tərk edib (Yenilənib)
Tunis prezidenti ölkəni tərk edib (Yenilənib)

Ben Əli siyasi və media islahatları barədə əsaslı vədlər verib və deyib ki, 2014-cü ildə səlahəyyət müddəti bitəndən sonra hakimiyyətdən gedəcək

Tunis prezidenti ölkəni tərk etdi.Əl-Cəzirə telekanalının bildirdiyinə görə, ölkəni parlamentin spikeri idarə edir. Prezident Zine Əl Abidin Ben Əlinin təyyarəyə mindiyi hava limanı əsgərlər tərəfindən mühasirəyə alınıb. Bundan az əvvəl Tunisdə fövqəladə vəziyyət elan edilmişdi. Bütün ictimai tədbirlər təxirə salınıb, təhlükəsizlik qüvvələrinə əmrə riyət etməyənlərə atəş açmaq əmr edilib. Fövqəladə vəziyyət göstərişi polislə nümayişçilər arasındakı qarşıdurmadan sonra verilib. Tunis paytaxtında prezident Zine Əl Abidin Ben Əlinin istefasını tələb edən yüzlərlə nümayişçi etiraz aksiyası keçirib.

Bir gün əvvəl prezident qanlı iğtişaşların qarşısını almaq üçün güzəştə gedəcəyini bəyan etmişdi. Tunisdə Daxili İşlər Nazirliyinin önünə toplaşan nümayişçilər əllərində plakatlar tutaraq, şüarlar səsləndiriblər. Polislə toqquşma zamanı onlarla insan ölüb.

Dünən cənab Ben Əli siyasi və media islahatları barədə əsaslı vədlər verib və deyib ki, 2014-cü ildə səlahəyyət müddəti bitəndən sonra hakimiyyətdən gedəcək.

O, həmçinin təhlükəsizlik qüvvələrinə nümayişçilərə qarşı odlu silahdan istifadə etməmək, o cümlədən şəkər, süd, çörək və digər gündəlik tələbatların qiymətinin kəskin şəkildə azaldılması barədə göstəriş verib.

Tunis rəsmiləri deyir ki, ölkədə işsizlik və yüksək ərzaq qiymətləri ilə bağlı iğtişaşlar nəticəsində 23 nəfər həlak olub. İnsan haqları qrupları və şahidlərin sözlərinə görə, ölənlərin sayı göstəriləndən qat-qat çoxdur.

XS
SM
MD
LG