Accessibility links

Tunisdə 3 günlük matəm elan olunub


Tunisdə 3 günlük matəm elan olunub

Tunisdə 3 günlük matəm elan olunub

Prezident Ben Əlinin devrilməsi ilə nəticələnən etiraz nümayişləri zamanı ölənlərin xatirəsinə yad edilir

Tunisdə prezident Zinə Əl Abdin Ben Əlinin devrilməsi ilə nəticələnən etiraz nümayişləri zamanı ölən onlarla insanın xatirəsinə 3 günlük matəm elan olunub.
Tunisin müvəqqəti kabineti bildirib ki, məktəblər və universitetlər gələn həftə açılacaq. Yeni hökumət dünən siyasi məhbuslara əfv verilməsini və fəaliyyətinə qadağa qoyulan partiyaların tanınmasını təklif edib. Bu bəyanat paytaxt Tunis və digər böyük şəhərlərdə bir günlük etiraz aksiyalarından sonra açıqlanıb. Nümayişçilər Ben Əlinin partiyası ilə əlaqəsi olanları hökuməti tərk etməyə çağırır.

XS
SM
MD
LG