Accessibility links

Tunisdə əsgər hərbi bazada digər əsgərləri öldürüb


Daha sonra isə o özünü vuraraq öldürüb

Tunisin hərbi bazasında bir əsgəri digər əsgərlərə atəş açaraq, onların 7-ni öldürüb, 10-nu isə yaralayıb. Daha sonra isə o özünü vuraraq öldürüb.

Rəsmilər hücumun Tunisin Buçuça hərbi bazasında baş verdiyini bildirirlər. Mart ayında bu bazanın yaxınlığında yerləşən Bardo muzeyində iki islamçı silahlı şəxs turistlərə atəş açaraq 21 xarici vətəndaşı öldürüb.

Tunisin Daxili İşlər naziri bildirib ki, hadisə terrorçu hücum kimi dəyərləndirilmir.

Atışma Bardo vilayətində təhlükəsiziliyin gücləndirliməsinə səbəb olub. Polisin yaxınlıqdakı məsçiddə axtarış apardığı və yaxınlıqda yerləşən məktəb evakuasiya edildiyi zaman iki hərbi vertolyot ərazinin üzərində uçub.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG