Accessibility links

Tunisdə keçmiş prezidentə yaxın bir neçə adam saxlanıb


Tunisdə keçmiş prezidentə yaxın bir neçə adam saxlanıb
Tunisdə keçmiş prezidentə yaxın bir neçə adam saxlanıb

Tunisdə polis keçmiş prezident Zine El Abidine Ben Əlinin iki müttəfiqini ev dustağı edib və hakimiyyətdən devrilmiş prezidentin ailəsi ilə yaxın əlaqələri olan özəl televiziya şirkətinin sahibini həbs edib. Dövlətə məxsus mətbuatın verdiyi məlumata görə, Hannibal televiziya şirkətinin sahibi və keçmiş prezidenti həyat yoldaşının qohumu olan Larbi Nasra dövlətə xəyanət ittihamları ilə həbs edilib. Prezidentin sözçüsü Əbdüləziz Ben Dhiya və Senatın başçısı Adulla Kallel də saxlanılıblar. Bu arada, keçmiş prezidentlə əlaqəsi olan hər bir kəsin vəzifədən getməsi tələbilə nümayişlər davam edir.

XS
SM
MD
LG