Accessibility links

Tunis polisi nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

  • Amerikanın səsi

Tunis polisi nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

Tunis polisi nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

Tunis polisi baş nazirin idarəsi qarşısında toplaşmış nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Qarşıdurma nümayişçilərin qadağan saatına əməl etməyərək? gecəni baş nazirin idarəsinin qarşısında keçirməsindən sonra baş verib. Etirazçılar deyib ki, hökumət hakimiyyətdən əl çəkənə qədər onlar nümayişlərini davam etdirəcəklər.

“Onlar bütün gecəni burada olacaqlar. Bu bir qətnamədir: “Hökumət getməyənədək buradan heç hara getməyəcəyik.””-deyə etirazçılardan biri bildirir.

Dünən yüzlərlə insan sabiq prezident Zinə Əl Abidin Ben Əlinin administrasiyasında yeni hökumətdə yer alanların istefaya çağıraraq, yenidən nümayiş keçiriblər. Ben Əli yüksək ərzaq qiymətləri və işsizlik səviyyəsi ilə əlaqədan baş qaldırmış iğtişaşlardan sonra ölkəni tərk etmişdi.

XS
SM
MD
LG