Accessibility links

Yüzlərlə insan Tunis paytaxtında baş nazirin ofisi qarşısında etiraz aksiyası keçirib


Yüzlərlə insan Tunis paytaxtında baş nazirin ofisi qarşısında etiraz aksiyası keçirib
Yüzlərlə insan Tunis paytaxtında baş nazirin ofisi qarşısında etiraz aksiyası keçirib

Bu gün yüzlərlə insan yenidən Tunisin baş nazirinin idarəsinin qarşısına toplaşaraq etiraz aksiyası keçirib. Etirazçılar hakimiyyətdən devrilmiş prezident Zinə Əl Abidin Ben Əli ilə əlaqəsi olan kabinet üzvlərinin hökuməti tərk etməsini tələb edib. Bir gün əvvəl isə paytaxt Tunisdə polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etmişdi.

Tunis rəsmiləri deyib ki, onlar müvəqqəti hökumətə nəzarət etmək üçün Nəzarət Şurasının yaradılması barədə danışıqlar aparır. Müzakirələrdə iştirak edən mənbələr deyib ki, təklif olunan şura yeni seçki məcəlləsini müəyyən edəcək və Konstitusiyanı yenidən yazacaq, yeni parlament seçkiləri keçirəcək.

XS
SM
MD
LG