Accessibility links

Tunis keçmiş prezident və onun ailəsinin həbsinə order verib

  • Amerikanın səsi

Tunis keçmiş prezident və onun ailəsinin həbsinə order verib

Tunis keçmiş prezident və onun ailəsinin həbsinə order verib

Tunis rəsmiləri devrilmiş prezident Zine El Abidine Ben Əli və onun ailə üzvləri üçün həbs orderi veriblər. Ədliyyə nazilriyi bildirib ki, cənab Ben Əli və onun ailəsi dövlət vəsaitlərini mənimsəyərək xaricə ötürüblər.

Həbs orderi haqda bəyanat paytaxtda nümayişçilərlə polis arasında davam edən toqquşmalar fonunda verilib. Bu arada müvəqqəti hökumət tərkibini dəyişəcəyini elan edib. Polisləri daşa basan nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edilib. Cənab Ben Əli işsizlik , qiymətlərin bahalaşması və korrupsiyanın tüğyan etməsinə etiraz edən xalq üsyanı nəticəsində ölkədən qaçıb.

XS
SM
MD
LG