Accessibility links

Tunisin müvəqqəti hökuməti bütün siyasi məhbusları azad edib

  • Amerikanın səsi

Tunisin müvəqqəti hökuməti bütün siyasi məhbusları azad edib

Tunisin müvəqqəti hökuməti bütün siyasi məhbusları azad edib

Tunisin müvəqqəti rəhbərliyi keçmişlə tamamilə qırılmağa söz verərək ölkənin bütün siyasi məhbuslarını azad etmiş və devrilmiş prezident və onun ailəsinə məxsus vəsaitlərin axtarışına başlamışdır.

Müvəqqəti prezidenti Fuad Mebazza dövlət telelviziyası ilə xalqa müraciətində Tunisin azadlıq və şərəf inqilabını alqışlayaraq sabiq prezident Zine El Abdin Ben Əlinin Konstitusional Demokratik Partiyasının hakimiyyətinə son qoyulduğunu elan edib. “Siz məni tanyırsınız və bilirsiniz ki, mən etibarlı və ölkəmə sədaqətliyəm. Mən sizə söz verirəm ki, bu inqilabın yaratdığı ümidləri həyata keçirəcəyəm,” deyə cənab Mebazza bildirib. Dövlət televiziyası bu arada məlumat verir ki, Ben Əli ailəsinin 33 üzvü ölkədən qaçmağa çalışarkən həbs olnub. Nümayişçilər Tunis paytatına yenidən axışaraq köhnə hakim partiyanın hakimiyyətdən tamamilə yığışdırılmasını tələb ediblər. Tunisin müvəqqəti hökuməti İslamçı partiyanın üvləri də daxil omaqla 1800 siyasi məhbusu azad etdiyini bildirib.

XS
SM
MD
LG