Accessibility links

Tunisdə ilk dəfə olaraq demokratik seçkilər keçirilib (YENILƏNİB)

  • Amerikanın səsi

Tunisdə ilk dəfə olaraq demokratik seçkilər keçirilib (YENILƏNİB)

Tunisdə ilk dəfə olaraq demokratik seçkilər keçirilib (YENILƏNİB)

Şimali Afrika və Yaxın Şərqdə Ərəb baharının başlamasına səbəb olmuş inqilabın başladığı Tunisdə bu gün ilk dəfə olaraq demokratik seçkilər keçirilib.

Tunislilər 1956-cı ildə müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq bir sıra siyasi partiya arasında seçim etmək imkanını böyük həyəcan və qürur hissi ilə qarşılayıb.

Mərkəzi Seçki Komissiyasının bildirdiyinə görə, səsvermə məntəqələrinin bağlanmasına bir neçə saat qalmışTunisdə 4.4 milyon seçisinin 70 faizi bugüngü seçkilərdə səs verib. Seçkilərdə 100-dən artıq siyasi partiyadan namizədlər qatılıb. Əvvəlki seçkilərdə yalnız hakim partiyanın namizədlərinə səs verilirdi.

Bu, tunislilərin uzun müddət hakimiyyətdə olan diktator Zine Əl-Abidin Ben Əlini hakimiyyətdən saldıqdan sonra ərəb baharının başladığı ölkələr arasında ilk səsvermədir. Səsvermə nəticəsində effektiv hökumət yaradılsa, bu, region üçün model ola bilər.

Seçicilərin səs verdiyi 217 yerlik partlament müvəqqəti hökumətdə təyinatlar etməli və Tunisin yeni konstitusiya layihəsini hazırlamalıdır.

Nəticələrin bazar ertəsi və ya çərşənbə axşamı günü açıqlanacağı gözlənilir.

XS
SM
MD
LG