Accessibility links

Tunis müxalifəti dini ekstremizmə etiraz edir [Video]


Tunisdəki Əl-Zeytunə məscidində ibadət vaxtıdır. Əsrlərlə bu məscid İslam alimlərinin bir araya gəldiyi yer olub. Tunisin məscidləri cəmiyyətdə dini ekstremizmə ətrafında başlanan debatın mərkəzində dayanır.

Müxalifət qrupları fevral ayının 6-da partiya lideri Çokri Beleydin qətlində İslamçı ekstemistləri günahlandırır. Dini zorakılıqlarda ittiham olunan İnqilab Keşikçiləri Liqası incəsənət qalereyalarına və hicab geyinməkdən imtina edən qadınlara hücumlar həyata keçirməkdə şübhəli bilinir. Tənqidçilərin çoxu onların Ennahda partiyasına arxalandıqlarını deyirlər.

Dini Məsələlər Naziri Larossi Mizuri bu ittihamları rədd edir. “Biz bütün zorakılıqları və zorakılıqlara çağırışları qınayırıq. Tunisin bütün məscidlərində birliyə, tolerantlığa və insanların dikriminasiyasına qarşı olmağa çağırılır.”

Müxalifət qrupları YouTube-a yerləşdirilmiş videoları göstərir. Orada ölkənin cənub şəhəri Zarzisdə Beleydin başının tələb edildiyi video yerləşdirilib. Bu video internetə liderin qətlə yetirildiyi gün yerləşdirilib.

Tunis Liqasından insan haqları müdafiəçisi Əli Zəddini xarici təsirlərə dair ekstremizmdə ittiham edilir. “Tunisdə belə ənənə yoxdur. Tunisdəki dinə gəldikdə isə burada din heç vaxt sual altına alınmayıb. Tunislilər çox mərhəmətli, mülayim insanlardır. Bu regionun adamları tolerant, ekstremizmdən uzaqdırlar." deyə, Əli Zəddini bildirir.

Ennahda tərəfdarlarının Tunisdə keçirdikləri yürüşdə ultra-mühafizəkar Sələfilərə məxsus ağ-qara bayraqlar dalğalandırılıb.

Bəşir Xəlfi yürüş təşkilatçılarındadır. “Biz Tunisin sabahını birlikdə qurmaq istəyirik. Biz heç kimi xaric etmək istəmirik, ifrat sağçılar, ifrat solçuları istisna etməklə”.

Hökuməti tənqid edənlər həyatları üçün qorxduqlarını deyirlər. Əl-Hivar Əl-Tonsi televiziya kanalı keçən il hücuma məruz qalmışdı. Telekanalın prezidenti Tahir Bin Hassin Beleydin başına gələnlərin təkrar olunmasını istəmir. “Mən bilirəım onlar mənə qarşı nə isə etmək istəyirlər. Mən həyat yoldaşımla qızımı Fransaya göndərmişəm, çünki onlar nəsə etməyə hazırlaşırlar, ancaq nə vaxt edəcəklərini bilmirəm.”

Hökumət zorakılıqların ölkədəki keçid dövrünün simptomları olduğunu desə də, təhlilçilər İslamçı ekstremistlərin müxalifəti ölüm hədələri ilə susdurmağa çalışdıqlarını deyir.
XS
SM
MD
LG