Accessibility links

Tunis inqilabı və ifadə azadlığı [Video]


Tunisdə ifadə azadlığı
please wait

No media source currently available

0:00 0:02:48 0:00

Tunisdə ifadə azadlığı

Tunisdə inqilabın məhək daşı olan ifadə azadlığı ilə bağlı narahatlıqlar mövcuddur

Müsəlman dünyasında bir sıra ölkələrdə olduğu kimi, Tunisdə də Birləşmiş Ştatlarda istehsal edilmiş Məhəmməd Peyğəmbərin təhqir edildiyi peşəkar filmə etiraz aksiyaları keçirilib. Şimali Afrikanın bu dünyəvi ölkəsində etiraz aksiyalarının zorakı xarakteri bir çoxları üçün gözləniləməz olduğu kimi, eyni zamandaTunisdə 2011-ci ildə inqilabın əsasında duran ifadə azadlığının təhlükə altında ola bilməsi ilə bağlı narahatlıqların artmasına səbəb oldu.

Tunis paytaxtı ətrafında keçirilmiş aksiya zamanı nümayişçilər heykəltəraş Nadia Celassisinin əsərlərindən ibarət sərgini islama zidd adlandırıb. Heykəllərdən biri hələ də tapılmır.

Nadiya Celassi əsərlərini insanlara izah etməyə çalışır.

O deyir ki, sərgidəki əsərlər arasında ən çox diqqətə səbəb olan daşa basılmış qadın heykəli olmuşdur.

Dini ekstremistlər sərginin açılışından sonra Celassi və başqa rəssamlara qarşı kampaniyaya başlayıblar. Bəziləri ölümlə hədələnib. İşlə Tunisin ədliyyə orqanları məşğul olmağa başlayıb.

"Mən müstəntiqlə görüşəndə o məni ictimai asayişin pozulmasına səbəb olan əsərlər nümayiş etdirməkdə ittiham etdi”-deyə Nadia Celassi bildirir.

Nadia Celassiyə qarşı ittiham irəli sürülə bilər və o, təzyiq altında olan yeganə heykəltəraş-rəssam deyil.

Bu yaxınlarda etirazçılar Birləşmiş Ştatlarda istehsal edilmiş Məhəmməd Peyğəmbəri təhqir edən həvəskar filmə görə qəzəblərini ifadə etmək üçün ABŞ-ın Tunisdəki səfirliyi qarşısında nümayiş keçirib. İslamçılar mübahisəli filmlərə bundan əvvəl də etiraz etmişlər.

Muxtar Trifti kimi insan hüquqları müdafiəçiləri hakim islamçı Ennahda partiyasının ictimai qəzəbdən kafirliyə dair qanunu təsdiq etmək üçün istifadə edə biləcəyindən ehtiyat edir.“Bu gün Ennahda partiyası islamın müdafiəçisi kimi çıxış edir. Mən burada seçki ilə bağlı məqsədlər görürəm”-Muxtar Trifti bildirir.


Lakin fəallar Tunis inqilabının məhək daşı olan ifadə azadlığının təhlükə altında olduğunu deyir.

Tunis mətbuatı keçmiş diktator Zine Əl-Abidin Ben Əli dövrünün təcrübəsinə uyğun olaraq, hökumətin təyin etdiyi müdirlərə etiraz edir.

“Hökumət əvvəlki vasitələrdən istifadə edir, bu da ictimai informasiya orqanlarına nəzarətdən ibarətdir”-Muxtar Trifti bildirir.

Tunis hökuməti bu ittihamları rədd edir. Lakin Ennahda partiyasının lideri Raşid Ğannuçi Tunisdə balansın saxlamalı olduğunu deyir: “Biz ifadə azadlığı və yaradıcılıq tərəfdarıyıq. Amma biz bir cəmiyyət kimi sülh içində başqalarının inanclarına hörmət etdiyimiz zaman yaşaya bilərik.”

Ğannuçi deyir ki, islamı tənqid edən sənət nümunələri yaratmaq olar. Lakin Celassinin əsərləri onun fikrincə təhrikedici xarakter daşıyır.

Nadia Celassi məsələnin bitməsini gözləyir. Amma belə görünür, bu, yaxın zamanda baş verməyəcək.
XS
SM
MD
LG