Accessibility links

Tunislilər demokratik keçid dövrü ilə bağlı narahatlıqlarını bildirir, lakin gələcəyə ümidlə baxır


Ölkədə ifadə azadlığı, dinin dövlətdə rolu və qadın hüquqları kimi bir sıra məsələlər ətrafında debatlar gedir

Tunisdə ilk seçkinin keçirilməsindən təxminən bir il sonra ölkədə keçid prosesi və demokratiyanın durğunluq vəziyyətinə gələ biləcəyinə dair naharatlıqlar mövcuddur. İqtisadiyyat hələ də tənəzzül keçirir, hökumətdə fikir ayrılıqları mövcuddur və tunislilər ifadə azadlığı, dinin dövlətdə rolu və qadın hüquqları kimi bir sıra məsələlər ətrafında gərgin debat aparır.
conomy

Tunisdə inqilabdan və demokratik seçkilərdən sonra həyat normal məcraya qayıdır.

2011-ci ildə yanvar ayında başlayıb sonradan digər ölkələrdə “Ərəb Baharı” na gətirib çıxarmış iğtişaşların izlərinin hələ də qaldığı Həbib Burqiba adına prospektdə bunu hiss etmək mümkündür.
Amma küçələrdəki kafelərin insanlarla dolu olması həmişə yaxşı əlamət hesab edilmir. Kamel Ayari əslində işdə olmalıdır. Amma iş tapa bilmir. Kamel Ayari: “İnqilabdan əvvəl Tunisdə çox yerə müraciət etmişdim. Amma hər yerdə bir söz eşidirdim:iş yoxdur.”

Işsiz qalan təkcə gənclər deyil. Keçmiş nazir və diplomat Hatem Ben Salem deyir ki, hökumət əvvəlki rejimdə təcrübəli kadrların hamısını kənarlaşdırıb. Hatem Ben Salem:
“Bu insanlar Tunis dövlətini qurmaq istəyir, ölkəni inkişaf etdirmək istəyir. Onlar hadisələri kənardan müşahidə edir, əslində onlar kənarlaşdırılıb.”

Salem deyir ki, hazırda Tunisdə baş verənlər narahatlıq doğurur. İqtisadiyyat hələ də tənəzzül keçirir.

Turistlər yenə də ölkəyə gəlməyə başlayıb, lakin bu əvvəlki vaxtlarla müqayisə edilə bilməz.

Tunislilər adi xidmətlərin olmaması və təhlükəsizliyin zəiflədiyindən narahatdır.

Lakin islamçı Ennahda partiyasının lideri Raşid Ğannuçi Tusnidə iqtisadi və siyasi cəhətdən irəliləyişin olduğunu deyir. Raşid Ğannuçu: “Tunis demokratiyaya keçid yolunda olduqca mürəkkəb bir mərhələni keçir. 50 il diktatorluqdan sonra tunislilər azadlıq və qayda-qanun arasında balans yaradılması yollarını öyrənir.”

Bu balansı yaratmaq asan deyil. İqtisadi çətinliklərlə yanaşı, ölkədə siyasi və dini zəmində gərginliklər mövcuddur.

Ərəb Siyasəti institutunun başçısı Fares Mabruk deyir ki, ölkədə hökumətin rolu, vətəndaş cəmiyyəti və insan haqları məsələləri ətrafında geniş müzakirələr gedir.
fares Mabruk: “Həqiqətən də, bizim necə demokratiya qurmaq istədiyimiz ətrafında müzakirələr aparılır. Biz yeni, hələ mövcud olmayan nəsə yaratmaq istəyirik. Bizə iqtibas lazım deyil.”

Tənqidçilər bu müzakirələrin çox uzun çəkdiyini deyir. Onlar partlamentin yeni konstitusiyanı gələn ay üçün qoyulmuş müddətə qədər hazırlaya biləcəyinə, ya da başqalarının ümid etdiyi kimi seçkilərin gələn il keçirilə biləcəyinə şübhə edir.

Tunislilərin bir hissəsi Məhəmməd Auhani kimi ümidlə yaşayır. Məhəmməd Auni
“İnqilabı ideyaların gerçəkləşməsi üçün vaxt lazımdır. Vəziyyət çox dəyişməyib.”

Tunislilər hazırkı vəziyyətdən razı olmasa da, daha gözəl gələcəyə ümid bəsləyir.


XS
SM
MD
LG