Accessibility links

Tunisin baş naziri istefa verir

  • Amerikanın səsi

Tunisin baş naziri istefa verir

Tunisin baş naziri istefa verir

Tunisdə müvəqqəti hökumətin baş naziri Məhəmməd Ğannuçi istefa verəcəyini bildirib. Dövlət televiziyası vasitəsi ilə çıxışında cənab Ğannuçi istefa qərarının məsuliyyətdən qaçmaq deyil, ölkəyə xidmət etmək istəyindən irəli gəldiyini bildirib. O, Tunisdə iğtişaşlar nəticəsində tələfatların qarşısını almaq istədiyini də əlavə edib. Cənab Ğannuçi təhlükəsizlik qüvvələrinin müvəqqəti hökumətin hakimiyyətdən getməsi tələbi ilə etiraz edən nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə etdiyi bir zaman istefa verir.

XS
SM
MD
LG