Accessibility links

Tunisdə müxalifət liderinin sui-qəsdi etirazlara yol açıb


Tunisdə müxalifət lideri Məhəmməd Brahminin evi önündə öldürülməsindən sonra ölkədə etirazlar başlayıb. Bu, artıq bu il ölkədə baş verən ikinci siyasi sui-qəsd hadisəsidir.

Yerli medianın xəbərinə görə, səhər saatlarında silahlı şəxslər Brahmiyə bir neçə dəfə atəş açiblar.

58 yaşlı siyasətçi Tunisin islamyönümlü hökümətin tənqidçisi kimi tanınırdı. O, Tunisin yeni konstitusiyasını tərtib edən Konstitusiya Assambleyasının üzvü idi.

2011-ci il seçkilərində öndə gedən mötədil Ənnahda partiyası qətli pisləyərək, onu “alçaq cinayət” adlandırıb.

Konstitusiya Şurasının sədri cümə gününü Brahmi üçün matəm günü elan edib.

Bu il fevral ayında baş verən digər dünyəvi siyasətçi Çokri Belaidin sui-qəsdi 2011-ci ildə prezident Zine əl-Abidin Ben Əlinin devrilməsindən bəri ən dəhşətli zorakılıqlara səbəb olub.
XS
SM
MD
LG