Accessibility links

Tunisin paytaxtı polis və əsgərlərin patrulu altındadır


Tunisin paytaxtı polis və əsgərlərin patrulu altındadır
Tunisin paytaxtı polis və əsgərlərin patrulu altındadır

Bu gün Tunisin paytaxtı polis və əsgərlərin patrulu altındadır. Dünən şəhərdə təşkil edilən nümayişlər prezident Zine Əl Abdin Əlini ölkəni tərk etməyə vadar etmişdi. Prezident bir həftə sürən etiraz aksiyalarından sonra hazırda Səudiyyə Ərəbistanındadır. Korrupsiya və işsizliyə etiraz edən nümayiçilərlə polis arasında qarşıdurma 23 adamın ölümü ilə nəticələnmişdi. Tunisin Konstitusiya məhkəməsi prezidentin ölkəni həmişəlik tərk etdiyini və parlament spikeri Fued Mebezzanın müvəqqəti olaraq ölkəni idarə edəcəyini bəyan edib. Spikerə yeni seçkilərin təşkili üçün iki ay möhlət verilib.

XS
SM
MD
LG