Accessibility links

Liviya münaqişəsi sərhədləri aşır

  • Amerikanın səsi

Liviya münaqişəsi sərhədləri aşır

Liviya münaqişəsi sərhədləri aşır

Liviya əsgərləri ilə rəqib döyüşçülər Tunislə sərhəd zona uğrunda qızğın döyüşlər aparır. Şahidlərin dediyinə görə, əsgərlər keçən həftə rəqib qüvvələrin nəzarəti altına keçən Vazin regionunu geri almağa çalışır. Sərhədləri keçən hökumət qüvvələri Tunis ordusu ilə döyüşlər aparır. Liviyanın unisdəki səfərinə etiraz notası verilib. Son bir necə gün ərzində minlərlə liviyalının Tunis sərhədlərini keçdiyi bildirilir.Liman şəhəri Misrata isə yenidən hökumət qüvvələrinin hücumuna məruz qalıb.Associated Press-in məlumatına görə, hücum nəticəsində 10 adam həlak olub.Dünən ABŞ-ın BMT-dəki səfiri Suzan Rays hökumət qüvvələrinin bəzi əsgərlərinin Viaqra dərmanları qəbul etdiyini və bu yolla zorlamalar həyata keçirdiyini deyib.Təhlükəsizlik Şurasının bağlı qapılar arxasında keçirilən yığıncağı zamanı danışan xanım Rays bu iddiaların mənbəyi barədə məlumat verməyib.

XS
SM
MD
LG