Accessibility links

Tünzalə Ağayeva: `Dəbdə olan musiqi cəmiyyətin hansı səviyyədə olduğunu göstərir` [Audio & Video]

  • Nərminə Cəlalqızı

Azərbaycanın əməkdar artisti, tanınmış müğənni Tünzalə Ağayeva Amerikanın Səsinə (www.amerikaninsesi.org) hazırki fəaliyyəti, layihələri toylara edilən yatırımlardan söhbət açıb.


Tünzalə xanım Ağayeva sözbət zamanı sənətini çox sevdiyinə, hər zaman tamaşaçı ilə ünsiyyətdə olmaq istədiyini, ümumiyyətlə aktivliyi sevdiyini dedi. Buna görə də o, müxtəlif layihlər hazırladığını və yeni mahnılar, yeni çıxışları ilə tamaşaçı ilə görüşməyə çalışdığını bildirdi. Müğənni caz musiqisinə xüsusi yer verdiyini, yazdığı mahnılarında, konsetlərində bu musiqi janrından istifadə etdiyini dedi.

Konsertlər və layihələri ilə yanaşı müğənni səfərləri barədə də danışdı. O, bu səfərlərin ona Türk dünuyasını, qərbi, ümumiyyətlə digər millətlərin mədəniyyətini yaxından tanımağa imkan verdiyini dedi.

Tünzalə Ağayeva onu da əlavə etdi ki, vaxtlə hər musiqi janrının özünün tamaşaçısı və ya dinləyicisinin arasındakı səddi görmək olurdu. Lakin o, hal-hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da promonun, reklamın təsirlərinın olduğunu dedi. Buna misal Tünzalə xanım dünyada muğamın təbliğini gətirdi.
Muğamla yanaşı Azərbaycanın klassik musiqisinin də təbliğ edildiyini bildirdi və belə təbliğat sistemlərinin əsasən televiziya, radio, intenet sistemi olduğunu dedi.
Tünzalə xanım təəssüflə bildirdi ki, insanlar televiziya, radio və ya internetdən həmişə yaxşı informasiya almır və buraya komersiya musiqisi də daxildir.

Bundan sonra müğənni dedi ki, cəmiyyət nəyə yatırım etmək istəyirsə, o da inkişaf edir və əsasən yatırımlar toylara və şadlıq saraylarına edilir.

Tünzalə xanımın fikrincə klassik musiqiyə və jaz janrına daha çox diqqət yetirilməlidir.

XS
SM
MD
LG