Accessibility links

BMT türk gəmisinə hücumun şəffaf və qərəzsiz araşdırılmasına çağırıb


ABŞ təhqiqatın İsrail tərəfindən, Təhlükəsizlik Şurasının bəzi üzvləri isə müstəqil aparılmasını istəyir

BMT Təhlükəsizlik Şurası İsrailin humanitar yardım gəmisinə hücumunun şəffaf və qərəzsiz araşdırılmasına çağırıb. Bir neçə saat davam edən növbədənkənar iclasdan sonra şuranın 15 üzvü 9 nəfərin ölümü ilə nəticələnən bu aksiyanı ittiham edən bəyanatın qəbul edilməsi barədə razılığa gəlib. Bəyanatda təhqiqatın beynəlxalq standartlara uyğun olaraq keçirilməsinə çağırılsa da, onun kim tərəfindən aparılacağı haqda bir söz deyilmir. ABŞ-ın BMT-dəki səfirinin müavini Alexandro Volf deyib ki, Birləşmiş Ştatlar İsrail tərəfindən daxili təhqiqatın aparılmasını dəstəkləyir. Onun sözlərinə görə, ABŞ İsrailin qərəzsiz və şəffaf təhqiqat apara biləcəyinə inanır.Təhlükəsizlik Şurasında bu aydan rotasiya üzrə prezidentliyi icra etməyə başlayan Meksikanın BMT-dəki səfiri Klaud Heller isə deyib ki, Meksika da daxil olmaqla şuranın bir neçə üzvü müstəqil araşdırmanın aparılmasına təkid edir.

XS
SM
MD
LG