Accessibility links

Naxçıvan MTN-də ölən Turac Zeynalovun atası: Bizi təhlükə gözləyir [Video]


Şuriyyə Zeynalov: Bizi təhlükə gözləyir
please wait

No media source currently available

0:00 0:04:50 0:00

Şuriyyə Zeynalov: Bizi təhlükə gözləyir [video]

2011-ci ilin avqustunda Naxçıvan MR-nın Milli Təhlükəsizlik Nazirliyində müəmmalı şəkildə ölmüş Turac Zeynalovun atası Şuriyyə Zeynalovun Amerikanın Səsinə müsahibəsi

Şuriyyə Zeynalov oğlunun ölümü, gəlininə qarşı baş verənlər, ailəsinə edilən təzyiqlərdən həyəcan keçirir. O, müsahibəni çox həyəcanlı halda verdiyindən fikirləri arasında rabitəsizlik var.

Sual: Oğlunuzun Naxçıvan MR-nin Milli Təhlükəsizlik Nazirliyində ölümündən sonra cinayət işi qaldırılıb? Ailənizə hansi məlumatlar verilib? Cinayət işinin gedişı ilə razısınızmı?

Ya uşaqlarımı çağırırlar, ya məni çağırırlar. Hədə-qorxudan başqa bir şey yoxdur.
Cavab: Oğlumu 28 avqustda çağırıblar .Gəlinimlə mən getdim. Hər yeri yara idi. Başı da. Boğazından boğublar. Video lentimiz də var. Heç kim də bizə baxmır. Hamı təzyiq göstərir. Hətta gəlini də Culfa rayonunun Təhlükəsizik Naziri (MTN-nin Culfa rayon şöbəsi nəzərdə tutulur-red) başdan çıxartdı. Onu da dedi ki işləyibdir, İranda, Türkiyədə. Həmin vaxt da idarədən maaş alıb. Bizə gündə təzyiq edilir. Ya uşaqlarımı çağırırlar, ya məni çağırırlar. Hədə-qorxudan başqa bir şey yoxdur.

Sual: Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı İbrahim Musayev bəyan edib ki, sizin oğlunuzda Naxçıvan Hava limanından Türkiyədə yerləşən PKK terror təşkilatına silah verilməsi və yaxud silah satılması ilə bağlı məlumatlar olubdur. Buna münasibətiniz necədir?

Mənim oğlumu qətlə yetiriblər. Cinayəti də basdırıblar.
Cavab: Düzdür. Mənim oğlumu qətlə yetiriblər. Cinayəti də basdırıblar. Musayevin verdiyi məlumat düz olar. Ona görə ki, mənim oğlum sürücüdür. Aeroportdan gedibdir. Bizə əmək kitabçası verdilər. Bzimi işimizə Avropa məhkəməsi də baxmır.
Gündə uşaqları çağırırılar ora, sizi öldürərik, asacağıq, gəlini də başdan çıxarıblar. Dediyim kimi, mənim oğlumu nəyə görə öldürüblər, hansı cinayətləri görüb, video lentlərini göstərsinlər.

Sual: İ.Musayev həmçinin bəyan edir ki, sizin gəlininizin qətlə yetirilməsi ilə bağlı ona tapşırıq verilib. O sizin gəlinizlə bağlı Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin mühüm tapşırıqlarını yerinə yetirib.

Cavab: Bu barədə dəqiq məlumat verə bilmərəm. Gəlinə deyib. Mənim gəlinimi başdan çıxaran İ.Musayev olubdur. Biz sizin yanınızda olmuşuq da. Nə oldu bəs, gəlin ərinin üzünə dirəndi? Gəlin də faktları göstərsin.

Sual: Siz başınıza gətirlənlərlə bağlı ölkənin rəhbərlərinə, prezidentə, Milli Təhlükəsizlik Nazirliyinə müraciət edibsinizmi?

Bizi təhlükə gözləyir. Biz buradan çıxanda bizi öldürəcəklər...
Cavab. Çingiz Qənizadəyə (Milli Məclisin deputatı Çingiz Qənizadəni nəzərdə tutur-red) ərizə verdik. Prokurora ərizə verdik. Prokuror da bizə yazdı ki, oğlunuz maşından düşəndə ölübdür. Bizə heç bir cavab verən yoxdur. Bizi təhlükə gözləyir. Biz buradan çıxanda bizi öldürəcəklər...

Qeyd: Müsahibədə adı hallandırılan qurum və şəxslərin fikrilərini dərc etməyə hazırıq.

Naxçıvan Milli Təhlükəsizlik Nazirliyi Turac Zeynalovun dəri xərçəngindən əziyyət çəkdiyini, bədənində müxtəlif şişlər olduğunu və buna görə öldüyünü bildirib.

Turac Zeynalov Naxçıvan aeroportunda sürücü işləyib. 2011-ci ilin avqustunda ona qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi açılıb. O, dövlətə xəyanətdə, İrana casusluq etməkdə ittiham olunub. Zeynalov, 2011-ci il avqustun 26-da tutulub, 3 gün MTN təcridxanasında saxladıqdan sonra ailəsinə meyiti verilib.
XS
SM
MD
LG