Accessibility links

Xədicə İsmayılovanın məhkəmə prosesində iddiaçı qismində çıxış edən Tural Mustafayevin atası Bulut Mustafayev Amerikanın Səsinə danışır

Xədicə İsmayılovanın məhkəmə prosesində iddiaçı qismində çıxış edən Tural Mustafayev aclıq aksiyası keçirir. Onun atası Bulut Mustafayev Amerikanın Səsinə müsahibəsi zamanı oğlunun səhhəti ilə bağlı narahatlığını dilə gətirib.

O, ailəli Turalın 2 ildir işləmədiyini, hüquqlarının pozulmasına dözə bilmədiyini bildirib.

"Beş gündür aclıq aksiyasına başlayıb. Aclıq aksiyasına başlaması barədə mən Azərbaycanın bütün dövlət orqanlarına müraciət etmişəm ki, hər gün ağırlarşır. Bu gün də həkim gəlib səhhətinin normal olmadığını deyib. Artıq danışa bilmir. O, da deyir ki, 'mənim hüquqlarım bərpa olmayınca aclıq asiyasını davam etdirəcəyəm. Bunlar məni intihar etməyə məcbur edirlər," deyə Turalın atası Amerikanın Səsinə bildirib.

Bulut bəy Turalın artıq danışa bilmədiyini və aclıq aksiyasını ölüncəyədək davam etdirəcəyini deyib.

Tural 2 ildir işləmir, hüquqlarının pozulmasına dözə bilmir

​Turalın ölkədən çıxışına izacə verilməməsinə heç nə ilə izah edilmədiyindən şikayətlənən ata ona məsələnin hələ də müzakirə edildiyinin bildirildiyini söyləyib.

Qeyd edək ki, müzakirələr artıq 8 aydır davam edir.

Bulut bəy baş prokurora müraciət edildikdən sonra onun məsələni Ağır Cinayətlərə dair İstintaq İdarəsinin müstəntiqi Sənan Paşayevə ünvanladığını, müstəntiq isə məsələnin mənlik olmadığını dediyini bildirib.

Xədicə İsmayılova

Xədicə İsmayılova

O, dövlət orqanlarına etdiyi müraciətlərin hamısının cavabsız qaldığını deyərək, buna heç bir reaksiya verilmədiyini də önə çəkib.

B.Mustafayev Azərbaycanda məmurların qanuna tabe olmadığından gileynənib. O, qeyri-rəsmi olaraq ailəsinin də oğlunun aclığına qoşulduğunu deyib.

XS
SM
MD
LG