Accessibility links

Tural Mustafyaev prokurorluqda dindirildikdən sonra azad buraxılıb


Tural Mustafayev

Tural Mustafayev

Jurnalist Tural Mustafayev Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İdarəsində dindirildikdən sonra Amerikanın Səsinə bildirib ki, onun çağırılması 1 may tarixli videomüraciəti ilə bağlı olub. Müraciətdə o, jurnalist Xədicə İsmayılova ilə bağlı təzyiq altında şikayət verdiyini etiraf edib.

Mustafayev iddia edir ki, mayın 5-də dindirmə zamanı o, “yüngül formada” təzyiqə məruz qalıb.

Eyni zamanda, müstəntiq Sənan Paşayev ondan istintaq sirrinin yayılmaması haqqında iltizam götürüb.

Prokurorluq hesab edir ki, Mustafayev öz videomüraciəti ilə istintaq sirrini yayıb, onun ifadələri isə əsassızdır. Xüsusən, müstəntiq Mustafayevin istintaqda İsmayılovanın təqsirinin sübutu olmadığını haradan bildiyi ilə maraqlanıb.

Müstəntiq həmçinin Mustafayevin fevralın 27-də Baş Prokurorluqda dindirmə zamanı MTN-nin xüsusi təyinatlısı Elməddin Məmmədovun iştirak etdiyi haqqında bəyanatını təkzib edib.

“Mənə deyiblər ki, o, MTN əməkdaşı deyil, istintaq qrupunun üzvüdür və məhkəmə prosesində iştirak edəcək”,-deyə Mustafayev bildirib.

Mustafayev bir daha bildirib ki, İsmayılovaya qarşı şikayətindən imtina edir, amma buna cavabda ona deyiblər ki, “məhkəməyə qədər hələ fikrini dəyişə bilər”.

Mustafayev Baş Prokurora müraciətinə cavabla maraqlandıqda ona bildiriblər ki, istintaq yekunlaşmaq üzrədir və o öz mövqeyini məhkəmədə bildirə biləcək.

Mustafayevdən həmçinin bundan sonra KİV-də bəyanatlarla çıxış etməməyi tələb ediblər.

Buna görə Mustafayev öz təhlükəsizliyinə görə narahatdır və KİV vasitəsilə Avropa İttifaqı nümayəndəliyinə və ABŞ səfirliyinə heç olmazsa məhkəməyə qədər onun təhlükəsizliyini təmin etmək xahişi ilə müraciət edir. O həmçinin diplomatik nümayəndəliklərə rəsmi müraciət etmək niyyətindədir.

XS
SM
MD
LG