Accessibility links

Azərbaycan diplomatının meyiti Maldivdə otellərin birində aşkar edilib


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi və Maldiv polisi ölüm faktını təsdiq edib. Nazirlik diplomatın ürək çatışmamazlığlından öldüyünü deyir. Bloger Milli isə Qurbanovun bloger Müntəziri öldürmək tapşırığını yerinə yetirmədiyinə görə öldürüldüyünü yazır

Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşı, ikinci katib Tural Qurbanovun iyulun 25-də səhər saatlarında Maldiv adalarındakı otellərdən birində meyiti müəyyən edilib. Bu barədə Almaniyada yaşayan, tanınmış bloger Emin Milli Facebook səhifəsində yazıb.

Onun bildirdiyinə görə, T.Qurbanov əslində xüsusi xidmət orqanının əməkdaşı olub, siyasi mühacir və tanınmış bloger Həbib Müntəziri öldürmək tapşırığı alıb. H.Müntəzir uzun müddət Almaniyada yaşayır, Azərbaycanda hakim rejimi kəskin tənqid edir.
Emin Millinin yazdığına görə, T.Qurbanov Müntəziri öldürmək üçün Almaniyada killer axtarıb və bu məlumat kriminal aləmdən kənara sızıb. Bununla da Münyəzirin öldürülməsi baş tutmayıb.

Bloger bildirir ki, Qurbanov tapşırığı yerinə yetirmədiyinə görə aradan götürülüb.
Azərbaycan Xarici Işlər Nazirliyinin mətbuat xidməti diplomatın ölümünü təsdiq edib.

“Tural Qurbanov məzuniyyətdə olunb və Xarici İşlər Nazirliyinin əldə etdiyi məlumata görə ürək çatışmamazlığından rəhəmətə gedib”, mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Ameikanın Səsinə bildirib.

Abdullayev eyni zamanda blogerlərin diplomatın qətlə yetirilməsi ilə bağlı yazdıqladını təkzib edib və cəfəngiyyat adlandırıb.

“Anlaya bilmirəm ki, bu itkidən insanlar niyə öz şəxsi məqsədləri üçün istifadə edir?”, deyə mətbuat katibi sual edib.

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzi Emin Millinin yazdıqlarını Amerikanın Səsinə təkzib edərək “tam cəfəngiyyat” olduğunu bildirib.

“Bizdə Tural Qurbanov adında əməkdaş olmayıb”, deyə İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev cavab verib.

Maldiv KİV-I yerli polisə istinadən bildirir ki, Azərbaycan vətəndaşının cəsədi səhər saat 10:20-də paytaxtın yaxınlığındakı Kurumba Resort otelinin nömrələrindən birində aşkar edilib. Ölümün səbəbləri məlum deyil. Araşdırma aparılır.

Maldiv polisinin nümayəndəsi ölüm faktını Turan agentliyinə təsdiqləyib. Cəsədin üzərində Azərbaycan vətəndaşı Tural Qurbanova məxsus sənədlər olub.

Polis ölümün səbəbləri, motivləri, hadisə yerində digər şəxslərin iştirakı barədə açıqlama verməyib. Yerli mənbələrdən biri bildirib ki, istintaq bir neçə versiyanın üzərində işləyir. Bunların arasında qətl və intihar da var.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG