Accessibility links

Türkiyənin Konya şəhərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə taktiki-uçuş təlimləri başlayıb. Təlimlər “TURAZ Şahini-2016” birgə taktiki-uçuş təlimləri çərçivəsində keçirilir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə, iki ölkənin Hərbi Hava Qüvvələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.

Təlimlərdə iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum təyyarələri və şəxsi heyət Konya şəhərində yerləşən aviabazada təntənəli şəkildə qarşılanıb. Qrşılama mərasimində aviasiya bazasının komandiri Haluk Şahar çıxış edərək sayca ikinci dəfə keçirilən və böyük əhəmiyyətə malik “TURAZ Şahini-2016” birgə taktiki-uçuş təlimlərində iştirak edən hər kəsə uğurlar arzulayıb.

Təlimlər martın 25-dək davam edəcək.

XS
SM
MD
LG