Accessibility links

ABŞ və Britaniya Rusiyaya xəbərdarlıq edib [Yenilənib]


Britaniya və Birləşmiş Ştatlar Ukraynada mayın 25-də keçiriləcək prezident seçkilərini pozmağa cəhd etdiyi təqdirdə daha geniş iqtisadi sanksiyalarla üzləşəcəyi barədə Rusiyaya xəbərdarlıq edib.

Müxbirlərlə görüşü zamanı Britaniyanın xarici işlər naziri Vilyam Heyq Rusiyaya qarşı yeni sanksiyaların həyata keçirilməsi bu ölkənin Ukraynadakı prezident seçkiləri ilə bağlı davranışından asılı olacaq.

Londonda Britaniya xariciişlər naziri ilə birgə məbuat konfransında danşan ABŞ Dövlət katibi Con Kerri Rusiyanın Ukraynanın şərqində rusiyapərəst separatçıları artıq açıq prosesə cəlb olunmasına kömək edəcəyinə ümid bəsləyir. Bununla Con kerri çərşənbə axşamı günü Kiyevdə separatçıların iştirakı olmadan keçən milli birliyə dair danışıqları nəzərdə tutub.

Bu gün Ukraynanın müvəqqəti prezidenti Oleksandr Turçinov ordunun Rusiya tərəfdarı üsyançıların iki hərbi bazasını dağıtdığını bildirib. Cənab Turçinov bu gün parlamentdə çıxışı zamanı deyib ki, Ukrayna ordusu keçən gecə ölkənin şərqindəki Kramatorsk şəhərində əməliyyat aparıb və üsyançıların hərbi bazasını məhv edib.O, ikinci bazanın isə Slavyansk şəhərində məhv edildiyini və şəhərin televiziya qülləsinə nəzarətin də ələ keçirildiyini bildirib.

Ukrayna Daxili İşlər Nazirliyi bu gün keçirilən hərbi əməliyyatlar zamanı 5 sepatarçının da öldürüldüyünü bildirib.

Üsyançılar Ukraynanın şərq bölgəsindəki hökumət binalarını ələ keçirərək, regionu suveren elan edib.

Ukrayna çərşənbə günü ölkənin şərqində muxtariyyət istəyən Rusiya tərəfdarı separatçıların iştirakı olmadan, milli birliklə bağlı danışıqlara başlayıb.
XS
SM
MD
LG