Accessibility links

Meksikada qasırğalardan sonra kurort Akapulko şəhərində ilişib qalan turistlər havadan xilas edilir. 680 min əhalisi olan bu şəhər 4 gündür yağış altındadır. Şəhərin hava limanı və əsas yolları bağlanıb.

Bazar günü Manuel qasırğası Sakin okeanı sahilləri, İnqrid isə körfəz sahillərini təsirinə məruz qoyub. Hər iki qasırğa ağır yağışlarla müşayiət edilib, daşqınlar və torpaq sürüşmələrinə yol açıb.

Meksikanın bir neçə ştatında 38 nəfər həlak olub. Ştat və yerli rəsmilər əlavə 10 adamın öldüyünü bildirir.

Yağışların vurduğu ziyan 400 milyon dollarla ölçülür. Ölkə prezidenti Enrike Pena Nieto evbəev axtarış aparılmasına göstəriş verib.

Verakruz ştatında evlər palçıq altında qalıb. Bu bölgədən minlərlə insan artıq evakusiya edilib.

Son dəfə Meksikada iki qasırğanın eyni zamanda təsirinə 1958-ci ildə məruz qalmışdı.
XS
SM
MD
LG