Accessibility links

Azərbaycanın turizm sahəsini təmsil edən bir qrup gənc “Open World” mübadilə proqramı çərçivəsində ABŞ-ın Texas ştatının Fredriksburq şəhərində olub.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, proqramda sahibkarlıq, turizm və biznesin inkişafı kimi mövzulara daha çox diqqət ayrılıb.

Bir qrup gənc ABŞ-da olub

Bir qrup gənc ABŞ-da olub

On günlük səfər zamanı proqram iştirakçıları yerli içtimai strukturun inkişaf etdirilməsinin yolları, həmçinin cəmiyyətin və biznesin kənd yerlərində və kiçik şəhərlərdə iqtisadiyyatın, turizmin inkişafındakı rolu haqqında daha çox məlumat əldə ediblər.

Məlumatda deyilir ki, proqram iştirakçıları ABŞ-da qaldıqları amerikalı ailələr üçün Azərbaycanı təbliğ edən mədəniyyət gecəsi təşkil ediblər.

On günlük səfər azərbaycanlı gənclərdə ABŞ və amerikalılar haqqında doğru təsəvvür yaratmağa kömək edib.

XS
SM
MD
LG