Accessibility links

İranda türk dil haqları fəallarının məhkəməyə çağırılması davam edir


İbrahim Nuri və Şapur Nüsrətpur
İbrahim Nuri və Şapur Nüsrətpur

İbrahim Nuri və Şapur Nüsrətpur İnqilab Məhkəməsinə çağırılıblar

İran İslam Respublikası keçən illərdə İran Azərbaycanı və Tehranda Dünya Ana Dili Günü tədbirlərinə qatıldıqları zaman nəzarət altına alınıb və daha sonra zəmanət qarşılığında sərbəst buraxılan türk dil haqları müdafiəçilərini təkrar məhkəmələrə çağırmağa davam edir.

Keçən həftələr ərzində ən çox fəalın məhkəməyə çağırıldığı Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində azı daha iki fəal məhkəməyə çağırılıb.

İbrahim Nuri və Şapur Nüsrətpur aprelin 12-də İnqilab Məhkəməsinin Əhər şöbəsinə müraciət etməlidirlər.

Məhkəmə tərəfindən göndərilən və Güney Azərbaycan Televiziyasının (Günaz TV) surətini nəşr etdiyi yazılı çağırışlara istinadən, İbrahim Nuri “təhlükəsizliyi pozmaq məqsədi ilə rejimə muxalif qruplaşmaları təsis və idarə etmək” ittihamı, Şapur Nüsrətpur isə bu növ qruplaşmalara üzv olmaq ittihamı ilə mühakimə ediləcəklər.

İki türk fəal 2014-cü ilin fevral ayında Dünya Ana Dili Günü münasibəti ilə Əhər şəhərində keçirilən bir mərasimə qatıldıqları zaman nəzarət altına alınan fəalların arasında olublar. Keçən həftələrdə həmin dosye ilə bağlı bir çox fəal Əhər İnqilab Məhkəməsinə çağırılıb.

XS
SM
MD
LG