Accessibility links

Vaşinqtondakı Türk Festivalı 10 ilini qeyd edib [VİDEO]


ATC Toplantısında İşbirliği Alanları Vurgulandı, Sorunlar Gözardı Edilemiyor
ATC Toplantısında İşbirliği Alanları Vurgulandı, Sorunlar Gözardı Edilemiyor
ABŞ paytaxtı Vaşinqtonun ən məşhur festivallarından birinə çevrilən Türk Festivalı bu il 10 yaşını qeyd edib. Son illərdə olduğu kimi Ağ Evin bir addımlığında keçirilən festivalda bu dəfə də Azərbaycan bir neçə stendlə təmsil edilib.

Bir gün sürən festival Vaşinqtonun minlərlə sakinini özünə cəlb edib. Tamaşaçılar üçün hazırlanmış konsert proqramında Türkiyə ilə yanaşı, Azərbaycan, Özbəkistan və başqa türkdilli xalqların rəqsləri ifa edilib.

Musiqi və rəqslərlə yanaşı festivalın geniş proqramı çərçivəsində Türkiyə və Mərkəzi Asiyanın başqa ölkələri haqda məlumat stendləri və guşələr hazırlanıb.

Azərbaycana aid stendlərdən biri Vaşinqtonda fəaliyyət göstərən Qarabağ fonduna ayrılıb. Stenddə Azərbaycanı tanıdan məlumatlarla yanaşı, xalçalar, musiqi alətləri, və s. milli sənət nümunələri ziyarətçilərə təqdim edilib.
Digər stend isə hüquqşunas İsmayıl Şahtaxtinskiyə məxsus I.S.L.A. hüquq şirkəti üçün ayrılıb. Bu şirkət həm də tədbirin əsas sponsorlarındandır. İsmayıl Şahtaxtınski Amerikanın Səsinə 3 ildir ki, festivalda təmsil edildiklərini bildirib.

Türk Festivalına toplaşanlara həmişəki kimi bu ildə Azərbaycan rəqsi ilə tanışlıq nəsib olub. Vaşinqtonda təhsil alan iki tələbə İkram Cəlil və Şahin Ələkbərov Azərbaycan rəqsi ifa ediblər.

İfadan sonra həvəskar rəqqas olan Şahin Ələkbərov Amerikanın Səsinə açıqlamasında belə mədəniyyət tədbirlərinin daha da çoxalmasının vacibliyini vurğulayın.

Türk festivalı Türkiyənin zəngin mədəniyyətinin Yaxın Şərq, Mərkəzi Asiya, Qafqaz və Balkanların mədəni ənənələri ilə bir bağlılığını nümayiş etdirir.

İldən ilə genişlənən festivalın gələn il də eyni vaxt keçirilməsi planlaşdırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG