Accessibility links

Türk hərbi rəsmiləri bildirib ki, davamlı reydlər zamanı azı 130 kürd qiyamçı qətlə yetirilib


Türk hərbi rəsmiləri bildirib ki, davamlı reydlər zamanı azı 130 kürd qiyamçı qətlə yetirilib

Türk hərbi rəsmiləri bildirib ki, davamlı reydlər zamanı azı 130 kürd qiyamçı qətlə yetirilib

Cümə günü general-mayor Fahri Kir deyib ki, martın 20-i İraqın şimalında sığınacaqlara hava reydi zamanı PKK kimi tanınan Kürdüsdan Fəhlə partiyasının azı 100 üzvü qətlə yetirilib

Türk hərbi rəsmiləri bildirib ki, davamlı reydlər zamanı azı 130 kürd qiyamçı qətlə yetirilib. Cümə günü general-mayor Fahri Kir deyib ki, martın 20-i İraqın şimalında sığınacaqlara hava reydi zamanı PKK kimi tanınan Kürdüsdan Fəhlə partiyasının azı 100 üzvü qətlə yetirilib. O bildirib ki, bu yaxınlarda Türkiyənin daxilində baş verən toqquşma zamanı 30 PKK militantı qətlə yetirilb. Kir 43 Türk əsgərinin həlak olduğunu bildirib. Cümə günü Türk rəsmisi onu da deyib ki, ölkənin şimal-şərq hissəsində baş verən döyüş zamanı azı bir kürd militant qətlə yetirilib. PKK Türkiyanın cənub-şərqində kürdlərin muxtariyyatı uğrunda mübarizə aparır. Ankara, ABŞ və Avropa Şurası da daxil olmaqla, beynəlxalq ictimaiyyətin böyük hissəsi PKK-nı terror təşkilatı hesab edirlər. PKK bu yaxınlarda Türkiyə ilə bir il sürən atəşkəsə son qoydu. PKK-nın dediyinə görə, buna səbəb Türkiyə tərəfinin ardıcıl hərbi hücumlarıdır.

XS
SM
MD
LG