Accessibility links

‘Ne mutlu türküm diyene’ yazısı avtomobilin müsadirəsinə səbəb olub


Kərim Tiri
Kərim Tiri

Yük maşını Nadarlı kənd sakini Kərim Tiriyə məxsusdur

Üzərində “Ne mutlu türküm diyene” yazıldığı üçün Təbriz yaxınlığında yerləşən Nadarlı kənd sakini Kərim Tirinin kamyonetinin (yük maşını) İranın təhlükəsizlik məmurları tərəfindən müsadirə edildiyi bildirilir.

Bu haqda Güney Azərbaycan Televiziyası (Günaz TV) məlumat yayıb.

Yayılan məlumata görə, təhlükəsizlik məmurları kamyoneti Sufiyan şəhərində müsadirə edib və avtomobil hazırda şəhərin bir polis mərkəzindədir.

Amerikanın Səsinin əldə etdiyi məlumata əsasən, Kərim Tiri ailəsini həmin kamyonetlə yük daşıyaraq dolandırır.

Maşını müsadirə edən məmurlar, yazılan cümlənin “pantürkizm” və “separatçılıq” təbliğatı olduğunu irəli sürüblər.

“Ne mutlu türküm diyene” cümləsi Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kəmal Atatürkə məxsusdur.

Günaz TV veb səhifəsinin bildirdiyinə görə “Atatürk həmin cümləni türk toplumunun Avropa dövlətləri tərəfindən təhqir edildiyi bir dönəmdə söyləyib... İndi də İranda türk kimliyini inkar etməyən hər kəs pantürkist və separatçı kimi damğalanır.”

XS
SM
MD
LG